Siyasət
İsveçrə Senatının keçmiş prezidenti: “Azərbaycan sülhpərvər ölkədir” – FOTO
“Azərbaycan qonşuları ilə yaxşı münasibətlər qura bilir“. İnterval.Az xəbər verir ki, bu fikirləri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Report”a açıqlama verən İsveçrə Dövlətlər Şurasının (Senat) keçmiş prezidenti Filippo Lombrdi bildirib. O, Xəzər regionunun Davosda yaxından iştirakının vacib olduğunu bildirib: “Xəzər Həftəsi zamanı keçirilən müzakirələr əhəmiyyətli xarakterə malikdir.…
Read More »XİN: Çexiya Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir
“Çexiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək, xüsusilə də Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir”. İnterval.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek deyib. O bildirib ki, yeni layihələrin işə düşməsi üçün imkanlar birgə komissiyanın iclasında yarana bilər: “Ümid edirik ki, komissiyanın iclası yaxın zamanlarda baş…
Read More »“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq – VİDEO – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub. İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində…
Read More »Sergey Slobodçuk: “Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır”
“Azərbaycan Cənubi Qafqazda aparıcı neft-qaz tədarükçüsüdür, ona görə də perspektiv baxımından Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır.” İnterval.Az xəbər verir ki, bunu Trend-ə ukraynalı politoloq Sergey Slobodçuk deyib. Onun sözlərinə əsasən, Davos forumu ilk növbədə onunla maraqlıdır ki, burada Azərbaycanın Trans-Adriatik qaz boru kəməri (TAP)…
Read More »Azərbaycan və Uruqvay Xarici İşlər nazirləri arasında təbrik məktublarının mübadiləsi olub
17 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər. İnterval.Az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov…
Read More »Vüqar Rəhimzadə: “Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir”
“Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başlayıb. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən Foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək…
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir: “Bu gün İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti…
Read More »Prezident İlham Əliyev Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman “Şərəf”…
Read More »Prezident İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşü olub – VİDEO – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub. İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olundu, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparıldı, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulandı. Azərbaycan ilə…
Read More »Azərbaycan Prezidenti: “Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var”
Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən deyib. Prezident İlham Əliyev bildirib: “Mən düşünürəm ki, xüsusən…
Read More »









