Siyasət
Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi. Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi…
Read More »İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycanlı həmkarına verdiyi hədiyyə Həzrət Əlidən “təbərrük” edib – VİDEO – FOTO
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik ötən gün Astarada iranlı həmkarı Qasım Rzayi ilə görüşüb. İnterval.Az xəbər verir ki, xeyli mehriban şəraitdə keçən görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivindən danışan generallar əsasən dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələlərini müzakirə ediblər. Bunu jurnalistlərlə söhbətində Elçin Quliyev bildirib. Onun sözlərinə görə,…
Read More »Azərbaycan və Gürcüstan Müdafiə nazirləri görüşüb – FOTO
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb. İnterval.Az xəbər verir ki, Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən…
Read More »Səfirlik: “ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında kömək göstərilməsi işinə sadiqdir”
ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında tərəflərə kömək göstərilməsi işinə sadiqdir. İnterval.Az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər. Səfirlikdən bildiriblər ki, münaqişənin ədalətli və dayanıqlı nizamlanması güc tətbiqi və ya bununla bağlı təhdidin qəbulolunmazlığı barədə Helsinki yekun…
Read More »“Davos Forumu ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir” – Ceyhun Əhmədli
Davos Forumu dünyanın həm iqtisadi, həm də ictimai-siyasi gündəminin müzakirə olunduğu ən mötəbər beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı dövlət və hökumət başçılarının, qlobal korporasiyaların, nüfuzlu beynəlxalq şirkətlərin, habelə beyin mərkəzlərinin iştirak etdiyi Forum dünyada gedən ümumi iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək üçün geniş imkanlar açır. İnterval.Az xəbər verir…
Read More »Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib. İnterval.Az Trend-ə istinadən məlumatına əsasən, məktubda deyilir: “Hörmətli Mixail Solomonoviç, 70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin. Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət…
Read More »“Əli Kərimli xalqımızın hüzn günündən də öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır”
Özünü müxalifət “lideri” adlandıran Əli Kərimlinin həyat yolundakı ilk fərarilik faktı 1990-cı ilin 20 yanvar günündə baş verənlərlə bağlıdır. İnterval.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib. Onun sözlərinə görə, o zaman Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmidt” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər: “Onlar…
Read More »Sorosun “uşaqları” Azərbaycana yeni hesabat tuşlayırlar
“Human Rights Watch” (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanla bağlı yeni hesabat dərc edib. Son illərdə olduğu kimi, builki hesabat da ölkəmizdəki gerçəkləri yox, sözügedən təşkilatın görmək istədiklərini, daha doğrusu, olmayanların görüntü qismində qələmə verilməsinin toplusunu təqdim edib. 2019-cu illə bağlı hesabat bir daha sübut edir ki, bəlli beynəlxalq “huquq-müdafiə” təşkilatlarının…
Read More »MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib. İnterval.Az Trend-ə istinadən bildirir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb. Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi…
Read More »Cəbhədə növbəti təxribat: pulemyot və snayperdən atəş açıldı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. İnterval.Az xəbər verir ki, Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və…
Read More »









