Əsas manşet
Braziliya Prezidenti xəstəxanaya yerləşdirildi
Braziliya Prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib. Interval.az bildirir ki, Prezident Bolsonaro San-Paulodakı “Vila Nova Star” xəstəxanasına yerləşdirilib. Prezidentin həkimi Antonio Luiz Makedo xəbəri təsdiqləyib. O, Bolsonarunun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyini açıqlamayıb. Interval.az
Read More »Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı
2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. Interval.az bildirir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığı illik məlumatda qeyd edilib. Bildirilib ki, həlak olan jurnalistlərdən 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib. Nəticədə 1991-ci ildən sonra qətlə yetirilən…
Read More »Türkiyə böhranı fürsətə çevirən ilk ölkədir – Ərdoğan
Cəmmiyyət Dünya Əsas manşet Foto İkinci manşet İqtisadiyyat Lent manşet Maraqlı Mədəniyyət Siyasət Texnologiya
2021-ci ildə Türkiyənin ixracı 225,36 milyard dollar təşkil edib ki, bu da ölkə üçün rekord göstərici olub. Interval.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Əvvəlki illə müqayisədə 2021-ci ildə ixracın həcmi 32,9% artaraq 225,36 milyard dollar təşkil edib. Bu, rekord göstəricidir”, deyə R.T.Ərdoğan bildirib. Onun sözlərinə…
Read More »Milli Məclisin yaz sessiyası bu tarixdən başlayacaq
Milli Məclisin yaz sessiyası yanvarın 15-dən başlayacaq. Interval.az xəbər verir ki, fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Interval.az
Read More »Ermənilərin atıb qaçdığı silah-sursatın ümumi sayı açıqlandı – FOTO
2021-ci ildə işğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan…
Read More »Bu rayonlarda qar yağıb
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib. Düşən yağıntının miqdarı Yardımlı 27.0 mm, Biləsuvar 26.0 mm, Ləzədə (Qusar)11.0 mm, Şahbuzda 7.0 mm,…
Read More »Fənərbaxça” Ukrayna millisinin futbolçusunu istəyir
Ukrayna millisinin və “Şaxtyor”un futbolçusu Yefim Konolli karyerasını Türkiyədə davam etdirə bilər. Interval.az xəbər verir ki, “Fənərbaxça” müdafiəçinin xidmətində maraqlıdır. İstanbul klubu Yefimi icarəyə götürmək istəyir. 22 yaşlı arxa xətt oyunçusunun mövsümün sonunadək “Fənərbaxça”da oynaması planlaşdırılır. Qeyd edək ki, Konolli cari mövsümdə “Şaxtyor”da 9 oyunda 1 qol vurub. Yılray Arslan.…
Read More »Haitinin Baş nazirinə sui-qəsd cəhdi olub
Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. Interval.az“Telesur” kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib. Məlumata görə, Baş nazir bayram münasibətilə mərasimin keçirildiyi məbəddən çıxarkən ona bir neçə atəş açılıb. Mühafizəçilər hökumət başçısını hadisə yerindən dərhal uzaqlaşdıra…
Read More »“Forsaj 10″da çəkilməkdən imtina etdi
Hollivud ulduzu Dueyn Conson aksiyon və macəra dolu “Forsaj 10″da çəkilməkdən imtina edib. Axşam.az xəbər verir ki, bu barədə aktyor “CNN”-ə müsahibəsində danışıb: “Keçən ilin iyununda Vin Dizellə söhbət edərkən ekran işinə qayıtmayacağımı demişdim. Onları həmişə dəstəkləyəcəyəmə söz vermişəm, amma geri dönməyimə şansı yoxdur”.
Read More »Putin Ərdoğanla telefonla danışıb
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonda təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər. Interval.az APA-ya istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat verilib. Liderlər iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığı intensivləşdirmək niyyətlərini təsdiqləyiblər. Interval.az
Read More »









