Siyasət
Qulam İsaqzai: “Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil”
Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil, amma istərdik ki, ölkəmiz iqlim dəyişikliyinə görə daha güclü sistem qura bilsin. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə konfransda BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsaqzai deyib. Hökumət qurumlarının bacarıqlarının artırılmasını vacib…
Read More »XİN: Avropa Parlamentinin qətnaməsi məcburi xarakterli sənədlərdən biridir
Avropa Parlamentinin bu ilin 15 yanvar tarixində Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. İnterval.Az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Milli.Az-a…
Read More »Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi – Qətnamə
Avropa Parlamentində “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin səsverməsi başa çatıb. İnterval.Az Trend-ə istinadən bildirir ki, səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs verib. Qətnamə yeni redaksiyada qəbul edilib. Dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib: “Avropa…
Read More »Rusiyada idarəçilik sistemi dəyişir – YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin bu gün 16-cı dəfə Federal Məclisə illik müraciətini edib. İnterval.Az APA-ya istinadən bildirir ki, 1 saat 15 dəqiqə davam edən müraciətdə Rusiya dövlət başçısı ölkə daxili problemlərə, əhalinin artımı ilə bağlı problemlərə, sosial və iqtisadi sahədə görülən işlərə və qarşıdakı planlara toxunub. Federal Məclisə müraciətdə əsas…
Read More »Rusiya hökuməti istefa verib
Rusiyanın baş naziri Dmitri Medvedev ölkə prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. İnterval.Az xəbər verir ki, bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir. Rusiyanın dövlət başçısı görülən işlərə görə hökumətə təşəkkür edib.
Read More »Erməni təxribatının qarşısı alındı – RƏSMİ
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. “15 yanvar tarixində 16:00 radələrindən başlamaqla Qazax rayonunun Məzəm kəndi…
Read More »Xoşbəxt Yusifzadənin adı gəmiyə və məktəbə veriləcək
Prezident İlham Əliyev X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci…
Read More »Ombudsman 20 Yanvar faciəsi ilə bağlı bəyanat verdi
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib. İnterval.Az xəbər verir ki, Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının,…
Read More »Prezident İlham Əliyev: “Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində regionda liderlik mövqelərini qorumalıdır”
“Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq.” İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib. Prezident İlham Əliyev qeyd edib: “İndi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu…
Read More »Prezident İlham Əliyev: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir”
Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib. Dövlət…
Read More »









