Kriminal-Hadisə
Yerevanda Mətbuat evi yanır
Yerevanda onlarla qəzet və telekanal redaksiyasının yerləşdiyi Mətbuat evində yanğın başlayıb. İnterval.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə dörd yanğınsöndürmə briqadası, eləcə də xilasedicilər cəlb edilib. Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Yanğının söndürülməsi davam edir.
Read More »Çəkiliş zamanı iki aktyor birdən öldü
Meksikada serial çəkilişi zamanı iki aktyor körpüdən yıxılaraq həyatını itirib. İnterval.Az ölkə.az-a istinadən bildirir ki, Meksikada ”Sin Miedo a la Verdad” adlı serialın çəkilişi zamanı bədbəxt hadisə baş verib. Serialın iki aktyoru ehtiyatsızlıq edərək körpüdən yıxılıb və onların həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatları mediaya açıqlanmayıb.
Read More »Saatlıda DƏHŞƏTLİ QƏZA: QHT sədri öldü
Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində baş verib. Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi “VAZ 21074” markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə…
Read More »5 otaqlı inzibati binada yanğın olub
Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. İnterval.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Read More »Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı – VİDEO
Bakının Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb. İnterval.Az xəbər verir ki, vətəndaş Sərkinaz Quliyeva yeniavaz.com-a bildirib ki, oğlu Mirəli Quliyevə məktəbdə direktor və müəllimlər tərəfindən fiziki və psixoloji təzyiqlər göstərilir: “Direktor 11-ci sinif şagirdlərini gətirib onlara balaca uşaqları döydürtdürür”. S.Quliyeva uşaq evində müəllimlərdən birinin…
Read More »İtaliyada azərbaycanlı tələbə itkin düşüb
Bakıdan İtaliyaya təhsil almaq üçün gedən azərbaycanlı tələbə itkin düşüb. İnterval.Az Trend-ə istinadən bildirir ki, Binəqədi rayonu, C.Xəndan küçəsi ev 1, mənzil 9-da yaşayan Xıdırov Əliguşad Məhəmmədağa oğlu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, oğlu, 1996-cı il təvəllüdlü Cavid Xıdırlı yanvarın 10-da İtaliyanın…
Read More »Ermənistan silkələndi – Ard-arda iki zəlzələ
Ermənistanda səhər saatlarında iki zəlzələ qeydə alınıb. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hər iki zəlzələ Aşotsk şəhəri yaxınlığında qeydə alınıb. İlk zəlzələnin maqnitudası 3,7, ikinci zəlzələnin isə 3,1 bal təşkil edib. Episentr yerin 10 kilometrliyində qeydə alınıb. Yeraltı təkanlar Spitak, Gümrü və digər şəhərlərdə olub.
Read More »Bakıda ağır qəza: “Toyota” eyni anda 4 avtomobili əzdi – VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən…
Read More »Bakıda maşından polislərə atəş açıldı
Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib. İnterval.Az xəbər verir ki, bu barədə oxu.az-a rayon polis şöbəsindəki mənbə məlumat verib. Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03:00 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis…
Read More »Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
Bakıda naməlum kişi meyiti tapılıb. İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Read More »










