10 yaşlı oğlunu öldürən ananın ifadəsi dəhşətə gətirir – FOTO

10 yaşlı oğlunu qətlə yetirən qadının növbəti məhkəməsi keçirilib.

İnterval.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən xəstəxanada 10 yaşlı oğlunu öldürən Nurhan S. adlı qadın hakim qarşısına çıxarılıb.

Ana övladını əməliyyatdan bir neçə gün sonra xəstəxananın sanitar qovşağında boğaraq öldürüb. Həmin anlar xəstəxananın təhlükəsizlik kamerasına düşüb.

Qadının ifadəsi məhkəmə zalındakıları dəhşətə gətirib.

“Əməliyyatdan sonra əzab çəkirdi. Mənə dedi ki, “ana, dua edib, ölək”. Mən də onun cənnətə gedəcəyini düşündüyüm üçün boğub öldürdüm. Peşimanam”, – deyib.

Məhkəmə qadının ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər