Azərbaycan evdən işləmək üçün ən az xərc tələb olunan ölkələrdən biridir

“Comparethemarket”in 28 ölkə arasında apardığı tədqiqat nəticəsində bəlli olub ki, COVID-19 pandemiyası fonunda evdən işləmək üçün ən az xərc tələb olunan ölkə Azərbaycandır.

Evdən işləyərkən Azərbaycanda orta statistik vətəndaş kommunal xidmətlərə və iş prosesi zamanı istifadə etdiyi əsas əşyalara ay ərzində 112 ABŞ dolları (190,4 AZN) xərcləyir. Bura internet xərcləri (geniş zolaqlı və mobil), elektrik enerjisindən istifadəyə çəkilən xərclər (ümumi işıqlandırmanın, notbukun, işıq lampasının, su qızdırıcısının, elektrik çaydanın, istilik sisteminin enerji sərfiyyatı) daxildir.

Qeyd edək ki, Azərbaycan sonra məsafədən iş üçün çəkilən ən az xərclər Ukrayna və Sinqapurdadır. Bu ölkələrdə evdən işləmək işçilərə müvafiq olaraq 131 və 153 dollara başa gəlir. Tədqiqat iştirakçıları arasında ən bahalı ölkələr Barbados, İspaniya və Almaniya olub. Sözügedən ölkələrdə orta statistik vətəndaş üçün müvafiq olaraq 586 dollara, 547 dollara və 530 dollara başa gəlir.

Evdən işləmək ən ucuz ölkələrin TOP-10: 

#

Ölkə

Ortalama aylıq xərc, ABŞ dolları

1

Azərbaycan

112

2

Ukrayna

131

3

Sinqapur

153

4

Rusiya

165

5

Türkiyə

187

6

Banqladeş

211

7

Argentina

225

8

Avstriya

235

9

Bəhreyn

265

10

Malayziya

266


Bütün xəbərlər