Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək


Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.
İnterval.Az xəbər verir ki, Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək üçün şərhlər bağlıdır
Bütün xəbərlər
