Təhsil Nazirliyi magistraturada əyani dərslərin …

Təhsil Nazirliyi magistraturada əyani dərslərin başlaması məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi ali məktəblərin magistratura səviyyəsində əyani dərslərin nə vaxt bərpa olunacağı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən  sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 15 fevral tarixindən ali təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunması nəzərdə tutulub. Həmin qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.


Bütün xəbərlər