Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı


Əfqanıstanın şərqindəki Qəzni əyalətində “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
İnterval.Az Trend-ə istinadən bildirir ki, təyyarədə 83 sərnişin olub.
Təyyarə “Taliban” radikal hərəkatının nəzarətində olan dağlıq əraziyə düşüb.
Bəzi məlumatlara əsasən, təyyarə yanmağa başlayıb.
Hadisənin digər təfərrüatları məlum deyil.

Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı üçün şərhlər bağlıdır
Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































