İsveçin Baş naziri avropalı diplomatların Rusiyadan çıxarılmasına münasibət bildirib
İsveç Baş naziri Stefan Loeven, üç Avropa diplomatının Rusiyadan çıxarılmasını qınayıb və rəsmi Moskvanı bununla bağlı cavab verəcəyi ilə hədələyib.
Baş nazir bununla bağlı aşağıdakıları deyib:
“Rusiyanın İsveç daxil olmaqla bir neçə AB diplomatını ölkədən xaric etməsinə dair əsassız qərarını qəti şəkildə qınayıram. Diplomat öz vəzifəsini çox doğru yerinə yetirib”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.
Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.