Əli Kərimov 150 illiyinə həsr edilmiş Yubiley tədbiri keçiriləcəkdir


İnterval.Az xəbər verir ki, “Heyvagülü”, “Alçagülü”, “Azərbaycan rəqsi”, “Türk rəqsi”, “Koroğlu nağarası”, “Mehribani”, “Kalvalı rəqsi”, “Əli icadi”, “Toy rəqsi”,”Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni”, “Xırdaca rəqsi”, “Dağ çiçəyi”, “Sərvəri”, “Almagülü”, “Bənövşə”, “Gəlin havası”, “Gövhəri” rəqs havaları. Xalqımızın el şənliklərində, toylarda sevə-sevə rəqs etdiyi sehrli musiqi sədaları. O musiqi sədaları ki, hər notunda xalqımızın milli ruhu, adət-ənənəsi, vətənə və torpağa sevgisi hiss olunmaqdadır. İllərdir sevilən, heç bir zaman aktuallığını itirməyən 70-dən çox bəstənin müəllifi, Azərbaycan xalq yaradıcılığının
görkəmli nümayəndələrindən biri, zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, tanınmış el sənətkarlarından ibarət ifaçılar nəslinin ustadı – Kalvalı Əli Dədə (Əli Zülfüqar oğlu Kərimov).
14 dekabr 2024-cü il tarixdə saat 11.00-da Ağsu şəhər Mədəniyyət Sarayında görkəmli sənətkarın 150 illiyinə həsr edilmiş Yubiley tədbiri keçiriləcəkdir. Tədbirin təşkilatçıları Ağsu rayon İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi və “Müəllif Hüquqları Üğrunda” İctimai Birlikdir. Tədbirdə tanınmış mədəniyyət və incəsənət nümayəndələri, elm və dövlət xadimləri iştirak edəcəklər.
Ayan Yunisova
İnterval.Az

Bütün xəbərlər
