Əqli Mülkiyyət Agentliyi beynəlxalq festivalda filmimizin nümayişinə dəstək olub

Interval.Az xəbər verir ki,   Niderlandın Amsterdam şəhərində “Qırmızı lalə” VIII Avrasiya Film Festivalı keçirilib. Festivalın məqsədi türk xalqlarının müasir kino sənətini Niderlandda geniş auditoriyaya tanıtmaqdır.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Kinorejissorlar Gildiyasının dəstəyi ilə fevstivalda rejissor Şamil Əliyevin “Çölçü” (Steppe Man) filmi nümayiş olunub.

Avropa Azərbaycanlıları Konqresi filmin nümayişində göstərilən dəstəyə görə Əqli Mülkiyyət Agentliyinə və Əməkdar İncəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğurunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsən-zadəyə təşəkkürünü bildirilib.

Növbəti festivalın cari ilin mayında keçirilməsi nəzərdə tutulub.

Zamiq Yunisov 

Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər