İlqar Hüseynov “Şərəf” medalı ilə təltif edildi


İnterval.Az xəbər verir ki, Amsterdam, 1 sentyabr 2025 – Azərbaycan mediasının aparıcı informasiya qurumlarından biri olan Trend İnformasiya Agentliyinin təsis edilməsinin 30 illik yubileyi münasibətilə qurumun Baş direktoru İlqar Hüseynov Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) tərəfindən “Medal of Honor – Şərəf Medalı” ilə təltif olunub.
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının Baş katibi Sahil Qasımovun imzası ilə qəbul edilən qərarda qeyd olunur ki, İlqar Hüseynov uzun illər ərzində obyektivlik, operativlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işini daim peşəkar şəkildə işıqlandırıb.
Mükafat Azərbaycan mətbuatının inkişafında Trend İnformasiya Agentliyinin xidmətlərinə verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirilir. n
Zamiq Yunisov
İnterval.Az

Bütün xəbərlər
