“28 Mall” ticarət mərkəzinə giriş bərpa edilib.


İnterval.Azxəbər verir ki, bu barədə ticarət mərkəzinin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.
“28 Mall-da yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib.
Hər birinizə xoş həftəsonu və alış-verişlər arzulayırıq”, – deyə paylaşımda bildirilir.
11:11
28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu barədə Milli.az-a ticarət mərkəzindən bildirilib.
Texniki səbəblə bağlı “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb:
“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.
Zamiq Yunisov
İnterval.Az

“28 Mall” ticarət mərkəzinə giriş bərpa edilib. üçün şərhlər bağlıdır
Bütün xəbərlər
