65 yaşdan yuxarı bir neçə şəxsə vaksin vurulmasından imtina edilib – SƏBƏB

2 nömrəli Şəhər Poliklinikasında dünəndən başlayan 65 yaşdan yuxarı vaksinasiya prosesində indiyə qədər 23 nəfər peyvənd edilib.

Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının həkimi Hüseynov Firuddin bildirib. Onun sözlərinə görə, vaksinasiyaya müraciət edənlər arasında imtina cavabı alanlar da olub:

“Əks göstəriş alan şəxsləri geri qayataraq başa salırıq ki, sizdə ehtiyatlı yanaşmalar var. Həmin adamlar 3 dəfə infarkt keçirənlərdir. Həmçinin, hipertanik kriz fonunda gələnlər var ki, onların təzyiqi həddən artıq yuxarı idi. Geri qaytarılan şəxslər arasında ağır şəkər xəstəsi olan da var”.

F.Hüseynov qeyd edib ki, ötən gün 15, bu gün isə 8 nəfərə vaksin vurulub. Onlardan 12-si kişi, 11-i qadındır.


Bütün xəbərlər