Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur – MN
Müharibə dövründə və hazırda hərbi qulluqçular arasında COVİD-19 virusuna yoluxma halı qeydə alınmayıb.
Interval.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.
O bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi, TƏBİB və Səhiyyə Nazirliyi arasında sıx əməkdaşlıq olub:
“Görülən tədbirlər nəticəsində müharibə zamanı və hazırda hərbi qulluqçular arasında COVID-19 infeksiyasına yoluxma faizi sıfıra bərabərdir. Hazırda yaralılar arasında da yoluxma halı qeydə alınmayıb. Müdafiə nazirliyinin tibbi personalı yaralılara 24 saat fasiləsiz xidmət edir”.
Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur – MN üçün şərhlər bağlıdır