“İstismar müddəti bitmiş avtomobillər üçün ciddi cərimələr müəyyən edilməlidir”


“Bizdə yanacaqdoldurma məntəqələrində elektromobillərin doldurulması üçün aparatlar yoxdur. eləcə də parkinqlərdə…”
Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, istismar müddəti başa çatmış avtomobillər üçün ciddi cərimələr müəyyən edilməlidir: “Bu avtomobillər havanı əhəmiyyətli dərəcədə çirkləndirir. Digər tərəfdən, piyada keçidlərindəki xətlər daha yaxşı rənglənməlidir. Daha çox insanın keçdiyi keçidlərdə işıqforlar da quraşdırılmalıdır”.

“İstismar müddəti bitmiş avtomobillər üçün ciddi cərimələr müəyyən edilməlidir” üçün şərhlər bağlıdır
Bütün xəbərlər
