“Güclü olmaqdan bezdim”
Çox vaxt güclü olmaqdan bezirəm. Amma hər şeyə rəğmən güclü olmalıyam.
İnterval.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Samirə Əliyeva sosial şəbəkədə yazıb. Sənətçi həyatından gileylənib:
“Çünki üzərimdə öhdəliklərim var: Allahın mənə verdiyi iki əmanət – övladlarım. Allahdan səbr və möhlət istəyirəm ki, əmanətlərinə sona qədər sahib çıxa bilim”.
Qeyd edək ki, Samirə iki dəfə ailəli olub. Onun bir qız, bir oğlan övladı var.
“Güclü olmaqdan bezdim” üçün şərhlər bağlıdır