Prezident İlham Əliyev DTX-nın saxladığı icra başçısı ilə bağlı SƏRƏNCAM verdi

Prezident İlham Əliyev N.M.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


Bütün xəbərlər