DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

İnterval.Az report-a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.

Zamiq Yunisov
İnterval.Az


Bütün xəbərlər