Müəllif Hüquqları Uğrunda İctimai Birliyində rəsmi qəbul


İnterval.Az xəbər verir ki, Bu gün Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin (MHUİB) qonağı Türkiyənin MESAM təşkilatının (Musiki Eseri Sahipleri Grubu Meslek Birliği) idarə heyətinin üzvü Salih Turhan olmuşdur.
Qonağı MHUİB-in sədr müavini Zamiq Yunisov rəsmi olaraq qəbul etmişdir. Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanları, müəllif hüquqlarının qorunması, beynəlxalq layihələrdə birgə iştirak və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı geniş müzakirələr aparılmışdır.
Tərəflər müəlliflərin hüquqlarının qorunması, yeni media platformalarında müəllif hüquqlarına nəzarətin gücləndirilməsi və beynəlxalq standartların tətbiqi məsələlərində gələcəkdə daha sıx əməkdaşlıq etməyə dair razılığa gəliblər.
Görüş səmimi və konstruktiv şəraitdə keçmişdir.

Bütün xəbərlər
