Türkiyədə 30 məktəbli zəhərləndi
Türkiyənin qərbindəki Denizli vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 şagird xəstəxanaya yerləşdirilib.
Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Şagirdlərin qidadan zəhərləndiyi deyilir.
Qeyd edək ki, ötən həftə Çorum vilayətində 100 məktəbli qidadan zəhərlənmişdi.
Türkiyədə 30 məktəbli zəhərləndi üçün şərhlər bağlıdır