SHOW PLUS TV Türkiyədə xüsusi nümayəndəsini təyin etdi


İnterval.az xəbər verir ki ,SHOW PLUS TV beynəlxalq media platforması Türkiyə Respublikasında fəaliyyətini daha da genişləndirmək məqsədilə Doğan Karabulutu kanalın Türkiyə üzrə xüsusi nümayəndəsi təyin edib.
Qəbul olunmuş qərara əsasən, Doğan Karabulut SHOW PLUS TV-ni Türkiyədə rəsmi şəkildə təmsil edəcək, media əlaqələrinin inkişafı, beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsi, rəsmi görüş və tədbirlərdə kanalın maraqlarının qorunması istiqamətində fəaliyyət göstərəcək.
SHOW PLUS TV rəhbərliyi bildirir ki, bu təyinat kanalın beynəlxalq əməkdaşlıq strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında media sahəsində əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, SHOW PLUS TV beynəlxalq media platforması olaraq müxtəlif ölkələrdə nümayəndəlik şəbəkəsini genişləndirir və qlobal media əməkdaşlığının inkişafına xüsusi önəm verir.
SHOW PLUS TV Mətbuat Xidməti

Bütün xəbərlər































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































