Bakıda qadın çay evində döyüldü – Ağır xəsarət alıb


Bakının Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.
İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən “Xrom” çay evində qeydə alınıb.
Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda qadın çay evində döyüldü – Ağır xəsarət alıb üçün şərhlər bağlıdır
Bütün xəbərlər
