Donald Tramp: “İraq xalqı istəmir ki, İran üstün olsun” – VİDEO


“Beynəlxalq hüquq pozulub”
Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında İran generalı Qassim Süleymaninin öldürülməsinin beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bildirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bağdad hava limanına hücum zamanı Qassim Süleymanın öldürülməsi ilə bağlı vəziyyət ABŞ hərbçiləri tərəfindən müzakirə edilib” deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Lavrov bildirib ki, BMT-yə üzv dövlətin rəsmi nümayəndələrinin üçüncü suveren dövlətin ərazisində BMT-nin üzvü olan digər dövlət tərəfindən öldürülməsi ilə bağlı məqsədyönlü aksiya beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozur və qınanılmağa layiqdir.

Eyni zamanda BMT baş katibi Antoniu Quttereş ABŞ-ın daimi nümayəndəsi Kelli Kraft ilə İran generalı Qasım Suleymaninin öldürülməsi ilə bağlı yaranmış vəziyyəti müzakirə edib.

Bu barədə baş katibin rəsmi nümayəndəsinin müavini Farhan Hak mətbuat konfransında bildirib.

“Onun bir neçə telefon danışığı olub. O, həmçinin ABŞ səfiri ilə danışdı”, – deyə Hak baş katibin Suleymaninin həlak olması ilə bağlı dünya liderləri ilə danışması barədə sualı cavablandırarkən deyib.
BMT rəsmisi həmçinin ABŞ-ın Bağdad aerportuna hava zərbəsi endirməsinə rəy bildirməkdən imtina edib.
Bundan başqa İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də BMT-nin baş katibi Antoniu Quttereş arasında telefon danışığı olub.
Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, XİN rəhbəri general Qasım Süleymaninin öldürülməsini ABŞ tərəfindən törədilən terror aktı adlandırıb.
“Bütün nəticələr ABŞ-ın üzətinə düşür”, – deyə Quterreşlə telefon danışığının gedişatında Zərif deyib.
O, vurğulayıb ki, ABŞ-ın hücumu terror aktıdır.
Öz növbəsində BMT baş katibi ABŞ-ın hərəkətlərindən narahatlığını ifadə edib. Antoniu Quttereş bildirib ki, bunlar regionda gərginliyin artmasına gətirib çıxaracaq.
Hadisələrin fonunda, ABŞ-ın Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qoşunların göndərilməsini təsdiqləyib. Və ABŞ prezidenti Donald Tramp İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra İranın İraqdakı təsirinin güclənməsinin “yaxşı heç nə ilə bitməyəcəyini” bildirib. ABŞ prezidenti Donald Tramp “Qüds” xüsusi birləşməsinin komandiri Qasım Süleymanini Birləşmiş Ştatların diplomatlarına və hərbi qulluqçulara hücum hazırlığında ittiham edərək İran generalını “dünyanın bir nömrəli terrorçusu” adlandırıb.
“Ötən gecə ABŞ hərbçiləri qüsursuz, yüksək dəqiqliklə zərbə endirdi, “, – Tramp televiziyadakı çıxışında deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Suleymani “ABŞ diplomatlarına və hərbi qulluqçulara hücumlar” hazırlayıb.
Bu barədə ABŞ prezidenti özünün “Twitter”dəki səhifəsində yazıb.”Birləşmiş Ştatlar illər boyunca İraqa ildə milyardlarla dollar ödəyir. İraq xalqı istəmir ki, İran üstün olsun və ona nəzarət etsin, amma son nəticədə bu onun seçimidir. Son 15 ildə İran İraqa daha çox nəzarət edir və İraq xalqı bundan narazıdır. Bu, yaxşı heç nə ilə bitməyəcək!”, – Tramp “Twitter”də yazıb.
Daha sonra Məsələylə bağlı ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İran generalı Qasım Süleymanini öldürərək müharibəni başlamağa yox, dayandırmağa çalışıb.
“Biz dünən təşəbbüs etdik ki, müharibəni dayandıraq. Biz ona görə təşəbbüs etmədik ki, müharibəyə başlayaq”, – Tramp yerli televiziyadakı çıxışında bildirib.

Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































