Rəşid Behbudovdan 70 yaşlı “Yeni il mahnısı” – VİDEO


Dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun çox maraqlı ifası yayımlanıb.
İnterval.Az-ın məlumatına görə, dahi sənətkarın Yeni İl bayramı münasibəti ilə ifa etdiyi “Yeni il mahnısı” və yaxud “Ziyafət” adlı mahnı dinləyənlərin böyük marağına səbəb olub. Belə ki, Rəşid Behdudov Fondunun rəhbəri Kamil Şahverdi və mərhum sənətkarın qızı, Azərbaycanın əməkdar artisti Rəşidə Rəşidin “Facebook” sosial şəbəkəsindəki səhifələrində yayımladığı video izləyənlərin diqqətini çəkib.
“Rashid Behbudov Official” “Youtube” kanalında yayımlanan mahnı 1950-ci ildə yazılıb. Sözlərinin müəllifi ifaçının özünə məxsus olan mahnının musiqisini görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyev bəstələyib.
Fuad Mədətov
İnterval.Az həmin mahnını təqdim edir.

Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































