ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq
![](https://interval.az/wp-content/uploads/2020/02/826132-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ koronavirusa qarşı 150 milyon peyvənd hazırlamağı planlaşdırır.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib.
“ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması – red.) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon peyvənd dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir”, – P.Navarro deyib.
P.Navarro peyvəndlərin sertifikatlaşdırılması üçün ABŞ-ın Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsinin icazəsinin tələb ediləcəyini xatırladıb.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)