Ağcabədidə oğlunu öldürən şəxs həbs edildi – RƏSMİ
![](https://interval.az/wp-content/uploads/2020/01/qandal_23875766-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Fevralın 11-də Ağcabədi rayonunun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az xəbər verir ki, Ağcabədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Ağcabədidə oğlunu öldürən şəxs həbs edildi – RƏSMİ üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)