Albaniya da koronavirusa yoluxdu

Albaniyada 2 nəfərdə ilk koronavirusa yoluxma halı təsbit edilib.

İnterval.Az Day.Az -a istinadən bildirir ki, yoluxma faktını ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib.

Məlumata görə, yoluxanlar İtaliyadan səfərdən qayıtmış ata və oğuldur.

Hazırda virusa yoluxmuş hər iki şəxsin vəziyyəti stabil qiymətləndirilir, ağırlaşmalar yoxdur.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.


Bütün xəbərlər