Almaniya şirkətləri Oxçuçayı təmizləyə bilər – Səfir

Almaniya texnologiyaları Zəngilan rayonunun ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinin fəsadlarının yumşaldılması üçün faydalı ola bilər.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı” adlı Azərbaycan-Almaniya forumunda deyib.

O bildirib ki, Oxçuçay həm kənd təsərrüfatı üçün, həm də ümumilikdə vacib çaydır:

“Almaniya şirkətləri su infrastrukturunun inkişafında Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır. Əminik ki, bizim bu sahədə əməkdaşlığımız təşkil olunacaq. Bizim şirkətlər təkcə öz xidmətlərini və innovasiyalar təklif etmir, həm də yeni iş yerləri yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər