Apple səhvən iPhone 12-nin təqdimat tarixini sızdırıb

Apple şirkəti iPhone 12 seriyasının və digər yeni məhsullarının təqdim olunacağı payız tədbirinin keçirilmə tarixini hələ anons etməyib. Lakin şirkət səhvən həmin tədbirin keçirilmə tarixini Youtube kanalında səhvən ortaya çıxardıb. Bu barədə Appleinsider saytı xəbər verib. İnsayderlərin məlumatlarına əsasən təqdimat tədbirinin güman olunan tarixinin əks olunduğu test məqsədli canlı yayım Youtube servisinin məsləhətlər bölməsində ortaya çıxıb.

    Apple şirkəti həmin canlı yayıma keçidi tez bir zamanda deaktiv edib. Lakin insayderlər onun screenshotunu çəkə biliblər. Beləliklə təqdim edilmiş fotoya əsasən şirkət öz yeni məhsullarını artıq 10 sentyabr tarixində təqdim edə bilər. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, şirkət bu il iPhone 12 modellərini bir qədər gec təqdim edəcək.


Bütün xəbərlər