Aqata Zəhrabəyova 25 idmançının iştirakı ilə baş tutan yekun mərhələdə 3-cü yerə yüksəlib.

 

İnterval.Az xəbər verir ki,  Sentyabr ayının 1-3 tarixlərində atçılıq idmanının dresaj növü üzrə Almaniyanın ən güclülərinin iştirak etdiyi açıq çempionatda milli yığmamızın üzvü Aqata Zəhrabəyova çıxış edib.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim məşq toplanışlarına mütəmadi qatılan və Avropanın ən mötəbər turnirlərində ölkəmizi təmsil edən Aqata Zəhrabəyova 3 gün davam edən bu turnirdə də xüsusi fərqlənərək finala vəsiqə qazanıb və 25 idmançının iştirakı ilə baş tutan yekun mərhələdə 3-cü yerə yüksəlib.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər