ARAF-ın baş katibi: Milli Atçılıq Festivalında altı ölkənin təmsilçiləri mübarizə aparacaqlar
Çövkən oyunu üzrə dünya çempionatının final qarşılaşması noyabrın 8-də keçiriləcək. Biz bununla Zəfər Gününə öz töhfəmizi vermək istəyirik.
İnterval.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Bakıda keçiriləcək çövkən oyunu üzrə dünya çempionatı və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.
Yarışlarda iştirak etmək üçün ölkəmizə gələn komandalara təşəkkürünü bildirən baş katib bildirib: “Milli Atçılıq Festivalında altı ölkənin təmsilçiləri mübarizə aparacaqlar. Bunlar Azərbaycan, Qazaxıstan, Mərakeş, Polşa, Türkiyə, Özbəkistan komandalarıdır. Polşa və Özbəkistan komandalarının heyətlərində xanım idmançıların olması qürurverici haldır. Yarışları Macarıstan olan hakimlər briqadası idarə edəcək”.
Qeyd edək ki, Milli Atçılıq Festivalı və dünya çempionatı noyabrın 5-8-də keçiriləcək.
Zamiq Yunisov
Ayla Qafqazlı
İnterval.Az