AVRO-ATLANTİKA AZƏRBAYCANLILARI ŞURASI JURNALİSTLƏRİ TƏLTİF ETDİ

“Şərəf Medalı” və “Honorary Diploma” SAHİBLƏRİNƏ QOVUŞDU

 

İnterval.Az  xəbər verir ki,  Amsterdam, 22 iyul 2025 – Avropa və Atlantik məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlarının informasiya mühitindəki rolunu qiymətləndirən Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA), Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə bir sıra jurnalistləri təltif edib.

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımovun imzası ilə yayımlanan qərarda bildirilir ki, Azərbaycan icmalarının Avro-Atlantik məkanında ictimai-siyasi, mədəni və diaspor fəaliyyətlərini operativ və peşəkar şəkildə işıqlandıran jurnalistlərə “Şərəf Medalı” və “Honorary Diploma” təqdim olunub.

“Şərəf Medalı” ilə təltif olunanlar:

1. Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri2. Fuad Hüseynəliyev – “Report İnformasiya Agentliyi” MMC-nin direktoru

Bu yüksək mükafat, onların həm ölkə daxilində, həm də beynəlxalq informasiya müstəvisində jurnalistikanın inkişafına verdikləri mühüm töhfəyə görə təqdim olunub.

“Honorary Diploma” ilə təltif olunan jurnalistlər (alfavit sırası ilə):

1. Aygün Həsənova – Azərbaycan Respublikasının Əməkdar jurnalisti

2. Elman Mustafazadə – “Xudafərin körpüsü” jurnalının rəhbəri (Niderland Krallığı)

3. Elnaz Ağaxan – Sərbəst jurnalist (Niderland Krallığı)

4. Elşən Şahbalayev – AZƏRTAC-ın informasiya resursları redaksiyasının baş redaktoru

5. Elzar Ağayev – AzTV-nin Şərqi Avropa üzrə müxbiri (Belçika)

6. Murad Əliyev – YURD.MEDİA saytının baş redaktoru

7. Sabina Ağayeva – REAL TV-nin baş redaktoru

8. Seyfulla Türksov – “İpək yolu Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri, jurnalist-yazar

9. Şahin Abbasov – ATV-nin Almaniya üzrə müxbiri

10. Vasif Həsənli – Demokrat.az saytının rəhbəri

11. Vüqar Abbasov – Sərbəst jurnalist, “Connect” təşkilatının sədri (Niderland Krallığı)

12. Vüqar Seyidov – AZƏRTAC-ın xüsusi müxbiri (Macarıstan)

13. Xətirə Sərdarqızı – REAL TV-nin Avropa üzrə müxbiri

14. Yusif Babanlı – AZƏRTAC-ın xüsusi müxbiri (ABŞ)

15. Zamiq Yunisov – İnterval.az və VIPHD.az saytlarının rəhbəri

Bu mükafatlar jurnalistlərin Azərbaycan diasporasının səsinin beynəlxalq aləmdə eşidilməsində oynadıqları rolu və milli maraqların təbliğindəki əzmkarlığını təqdir etmək məqsədi daşıyır.

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) tərəfindən aparılan bu təşəbbüs,

jurnalistlərin informasiya sahəsindəki fəaliyyətinə verilən dəyərin bir nümunəsi olmaqla yanaşı, eyni zamanda medianın cəmiyyət üçün nə qədər vacib olduğunu bir daha göstərir.

İnterval.Az 
Ayla Qafqazlı

Bütün xəbərlər