Aybəniz Haşımovanın həyatı kitab olur
Əməkdar artist Aybəniz Haşımovanın həyatı kitab olacaq.
Interval.az olay-a istinadən xəbər verir ki, “Mənim ömür nəğmələrim” adlanan kitabı sənətçi özü yazacaq.
“Əminəm, çox maraqlı olacaq. Çünki real faktlara, körpə yaşlarımdan bu günə qədər həyatımın şirin acı günləri bütün təfərrüatı ilə yazılacaq. O ki qaldı geridə qoyduğum 2021-ci ilə mən bu ili həm də həyatımda çox böyük dərs ilim kimi yaddaşıma yazılacaq. Ömrümün bu çağında yenidən həyatı, insanları tanımağa, onların nə qədər təhlükəli, necə mahir aktyordan da güclü oyunçu olduqlarını, illərlə mənə qarşı yalnız öz şəxsi maraqlarından hiyləgərcəsinə istər şöhrətimdən, istərsə də maddi maraqları tərəfindən ürəyimin zəif nöqtəsi olan insan sevgimdən sui-istifadə etdiklərini anlatdı. Əlbəttə ki, bunu heç arzulamamışdım, təəssüf, amma bir daha əmin oldum ki, Allahdan başqa heç kimə güvənməyəcəksən və inanmayacaqsan! Sənin dostun yalnız Allahdır!”, – deyə, A.Haşımova bildirib.
Qeyd edək ki, Aybəniz Haşımova 1968-ci ilin avqustunda Gəncədə doğulub. Həyat yoldaşı “Vətən uğrunda” medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. Cütlüyün Aynişan adlı övladları dünyaya gəlib. O, əvvəllər müğənnilik fəaliyyəti ilə məşğul olsa da, sonradan aktrisalıq və blogerliklə məşğuldur.
A.Haşımova eyni zamanda “Bülbüllər” uşaq qrupunun yaradıcısıdır.
Interval.az