Azərbaycan nefti ucuzlaşır
![](https://interval.az/wp-content/uploads/2020/01/neft_bahalasma_0256-1-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 17-də 29,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.
İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 27,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 20,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 27,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Azərbaycan nefti ucuzlaşır üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)