“Azərbaycan Ordusunun qarşısına artıq başqa məqsəd qoyulub”

Müharibə bitəndən sonra güc strukturlarına ümumən büdcə xərclərinin artırılması gözlənilir.

Ekspert bildirib ki, artıq Azərbaycan Silahlı Qüvvələri qarşısında qoyulan məqsədlər bir az başqadır:

“Müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması üçün bir çox səbəblər var. Birincisi, torpaqlar işğaldan azad olundu. Təsəvvürünüzə gətirin, o ərazilərdə nə qədər yeni hərbi hissələr, yeni infrastruktur, eyni zamanda tək ordu deyil, digər bir strukturlar fəaliyyətə başlayır. Necə ki, Şuşada Dövlət Təhlükəsizlik Xidmətinin idarəsi açıldı. Ştat cədvəlləridr, maaşlardır, işçilərdir, iş yerləridir, infrastrukturdur, hamısı xərcdir.

Bundan başqa Ermənistanla dövlət sərhəddimizi götürək, onun elə hər 10 kilometrində bir hərbi hissə yaratsan nə qədər xərc edəcək. Bu qışı silahlı qüvvələr səhra şəraitində birtəhər yola verdilər. Düzdür, bəzi hərbi hissələr artıq quraşdırılıb, amma bu proses yaza bitəcək və təbii ki, bu xərclər çəkilməlidir.Konseptual dəyişikliklər də gözlənilə bilər. Misal üçün, keçirilən təlimlərin xarakterinin, həcminin dəyişdirilməsi nəzərə alınacaq. Çünki artıq qarşıya qoyulan məqsədlər də bir az başqadır. Öncə bir konversional cəbhə müharibəsinə hazırlaşırdıq, yəni cəbhəsi ilə, eşalonu ilə, səngəri ilə, artilleriyası ilə. İndi isə bir az coğrafiya da dəyişib, konfederasiya da dəyişib. Ola bilsin ki, yeni dəyişiliklərə də gedilsin. Tək maddi-texniki məsələlər deyil, eyni zamanda koseptual dəyişikliklər ola bilər.

İndi texnikaların alınması haqqında da yeni xəbərlər gəlir. Pakistandan JF-17 (Block III) qırıcılarının alınması artıq neçə il idi ki, müzakirə olunurdu. Onların da gəlməsi, təbii ki, xərclərin artırılması planına təsir edən məqamdır. Amma xərclərin artırılması təbiidir və gözləniləndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər