Azərbaycan-Türkmənistan qaz razılaşması Xəzərdə

Azərbaycan-Türkmənistan qaz razılaşması Xəzərdə yeni əməkdaşlıq erasının başlanğıcıdır

Azernews” qəzetində dərc olunan “Azərbaycan-Türkmənistan qaz razılaşması Xəzər dənizində yeni əməkdaşlıq erasının başlanğıcıdır” adlı yazıda “Dostluq” enerji yatağının birgə işlənməsi üzrə ötən ay imzalanmış müqavilənin regiona və iki ölkə arasındakı əməkdaşlığa töhfəsindən bəhs edilir.

Məqalədə qeyd olunur ki, bu yeni tarixi razılaşma regiona davamlı xarici investisiyanın cəlb olunmasına və enerji sahəsində Xəzər dənizində əməkdaşlığın dərinləşməsinə səbəb olacaq.

Məqalə “Dostluq” enerji yatağının Azərbaycan və Türkmənistan münasibətləri ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfədən də bəhs edir.

Yazıda ekspert İlham Şaban ilə müsahibə yer alıb və ekspertin bu tarixi razılaşmanın regionun enerji xəritəsini dəyişməsi haqda fikirləri əks olunub.


Bütün xəbərlər