Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir

Azernews” qəzetində 27 yanvar tarixində çap olunmuş məqalədə Qarabağ müharibə veteranları və şəhid ailələrinə dövlət qayğısından bəhs olunan məqalə dərc olunub.

Erməni silahlı qüvvələri ilə 44 günlük müharibədə qələbə qazandıqdan sonra döyüşlərdə yaralananlara və şəhid olmuş hərbçilərin ailələrinə dövlət qayğısı və dəstək Azərbaycanın məşğul olduğu əsas prioritet sahələrdən birinə çevrilib.

Təqdim olunan yazıda bu sahədə dövlət tərəfindən atılan addımar barədə ətraflı məlumat verilir.

Məqalədə torpaqlarımızın işğaldan azad olunmasında əvəzsiz rol oynayan, canını qurban verən əsgərlərin və onların ailələrinin sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar dövlət tədbirlərindən bəhs edilir.

Qeyd edilir ki, Prezident İlham Əliyevin 25 Yanvar sərəncamı, qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid və yaralı əsgərlərin ailələrinə verilməsi ilə bağlı daha öncə verilmiş sərəncam, bu kateqoriyadan olan insanların yaşayış evləri və avtomobillərlə davamlı təmin olunması, onlara müxtəlif sosial müavinətlərin ödənilməsi və güzəştlərin tətbiq edilməsi, dovlət tərəfindən yaradılan “YAŞAT” Fondu haqqında söhbət açılan sahənin Azərbaycan dövləti və rəhbərliyi üçün nə qədər prioritet olduğunu göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər