Azərbaycanda 684 nəfər koronavirusa yoluxub, 16 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 798 nəfər müalicə olunaraq sağalıb, 6 559 nəfər vəfat edib, aktiv xəstə sayı 15 918 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 832, ötən müddət ərzində isə ümumilikdə 4 878 405 test aparılıb.


Bütün xəbərlər