“Azərbaycanın gələcəyi və gəncliyin sabahı naminə!” – Gənclər Günündə Sabunçu rayonunda möhtəşəm görüş – VİDEO – FOTO

Dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində deputatlığa namizəd Paşayev Ramin Musa oğluna dəstək məqsədiylə onsert proqramı keçirilib.

İnterval.Az-ın məlumatına görə, 2 Fevral Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə əvvəlcə 26 Saylı Sabunçu 1-ci seçki dairəsindən deputatlığa namizəd Paşayev Ramin Musa oğlunun Bakıxanov qəsəbəsi 271 saylı məktəbin stadionunda seçicilərlə möhtəşəm görüşü baş tutub.

Tədbirin rəsmi hissəsindən sonra məhşur müğənnilər Bakixanov sakinlərinə əsl konsert ab-havası yaşadıblar.

Tədbirin rəsmi hissəsində çıxış edənlər arasında ictimai xadimlərlə yanaşı, gənc tanınmış blogger, ictimai fəal Elçin Lənbəranski də olub. O, tribunadan sakinlərə səslənib:

“9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Ramin Paşayev kimi gənclərimizə dəstək olun ki, sabah onlar da sizi alnı açıq, üzüağ və bəzi deputatlardan fərqli olaraq əyilə-əyilə deyil, kişi kimi, qürurla Milli Məclisdə təmsil edə bilsin”.

Paşayev Ramin Musa oğlu “Azərbaycanın gələcəyi və gəncliyin sabahı naminə!” şüarı ilə seçki kampaniyasını davam etdirir.

Fuad MƏDƏTOV

 

“Azərbaycanın gələcəyi və gəncliyin sabahı naminə!” – Gənclər Günündə Sabunçu rayonunda möhtəşəm görüş – VİDEO – FOTO üçün şərhlər bağlıdır

Bütün xəbərlər