Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar
![](https://interval.az/wp-content/uploads/2023/06/1127729-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
İnterval.Az bildirir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.
İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan “Hacı Bani” hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Zamiq Yunisov
İnterval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)