“Azərbaycanla birlikdə yeni silahlar istehsal etməliyik” – Türk general – ÖZƏL

“Azərbaycan və Türkiyə iki qardaş ölkədir”!

Ehtiyatda olan general-mayor Özgür Tör deyib.

General bildirib ki, Azərbaycan Vətən müharibəsində müasir silahlardan düzgün istifadə etdi:

“Birlikdə hərbi təlimlərdə iştirak etmələri son dərəcə normal və təbiidir. Bu cür fəaliyyətlərin artaraq davam etməsi çox vacibdir. Qarşılıqlı fəaliyyət imkanlarını artırmaq lazımdır. Bu birliyin müasir döyüş texnoloji silah sistemləri istehsalında da davam etməsi çox vacib şərtdir.

44 günlük müharibədə əldə edilən Zəfər Azərbaycan zabit ivə əsgərlərinin peşəkarlığı, qəhrəmanlığı hesabına, canları-qanları bahasına qazanıldı. Bu qələbə əsl qəhrəmanlıq nümunəsidir. Müasir silahlardan doğru, düzgün istifadə edilməli idi və edildi də. Ancaq əlavə edim ki, bu qələbə bütün xalqın qəhrəmanlığı və birliyi ilə əldə edildi.

Tarix təkrarlandı. Yüz il əvvəl biz qurtuluş savaşı verəndə siz yanımızda idiniz. İndi – 100 il sonra biz Azərbaycanın yanındadıyıq. Türkiyə qardaş Azərbaycana dəstəyini davam etdirəcək”.


Bütün xəbərlər