Azərbaycan Respublikası Atçılıq Federasiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirilib – YENİLƏNİB – FOTO


* * *
12.09.2019 18:23
Dekabrın 24-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
İnterval.Az xəbər verir ki, əvvəlcə 2019-cu ildə görülən işlər, qazanılan qələbələr, millimizin bu il Avropa çempionatındakı uğurlu çıxışı ilə bağlı film nümayiş olunub.
Daha sonra mərasimdə əvvəlcə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşı jurnalistləri mükafatlandırılıblar. Ardınca il ərzində fəallığı və uğurlayla seçilən idmançılar, məşqçilər və hakimlər mükafata sahib olublar.
ARAF-ın prezidenti Elçin Quliyev mərasimdə çıxış edərək, federasiyanın hesabat ilində qarşıya qoyulan məqsədlərə nail olduğunu deyib. O, bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə atçılıq idmanının inkişafı ilə bağlı tapşırıqlarının uğurla icra olunur:
“İdmanın bu növünün bütün istiqamətləri – konkur, cıdır yarışları, çövkən və polo üzrə yarışların yüksək səviyyədə təşkil olunub. Federasiyamız 2020-ci ildə daha yüksək nəticələrin əldə olunacağına inamla irəliləyir.”
Tədbirin rəsmi hissəsindən sonra bədii hissə olub. Azərbaycan Dövlət Sərhəd Xidmətinin ansamblı və solistləri, o cümlədən, Azərbaycan mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər. Tədbir xoş əhval-ruhiyyə ilə başa çatıb.
Fuad Mədətov
FOTO: Ruslan Teymurfulatov
* * *
11:09

Bütün xəbərlər















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































