Azərbaycanın Avropada mövqeyi güclənir – Düşməni çarəsiz qoyan DƏHLİZ

Enerji təhlükəsizliyi məsələsi bu gün bütün ölkələrin milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxıb. Ötən gün Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı dedikləri bu layihənin region və ümumilikdə Avropa üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. İllərdir həyata keçirdiyi bütün layihələrdə özünü etibarlı tərəfdaş kimi göstərməyi bacaran Azərbaycan artıq qitənin enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan qazını özləri üçün etibarlı və uzunmüddətli mənbə hesab edən Avropa üçün də enerji təhlükəsizliyi məsələləsində yeni bir dönəm başlayır.

Bunu elə dünənki iclasda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson dedi. Onun “Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir” ifadələri dediklərimizin təsdiqidir. Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, insanlara daha çox seçim və rəqabəti təmin etməkdə kömək etmək baxımından böyük pay sahibidir. Nəzərə alsaq ki, Azərbaycanın hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər də var, o zaman bizi qarşıda çox uzun bir uğurlu yolun gözlədiyini deyə bilərik. Prezident İlham Əliyevin dünənki çıxışında “Bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. Azəri-Çıraq-Günəşli yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar” sözləri də Azərbaycanın enerji gücünün kifayət qədər olduğunu deməyimizə əsas verir.

Kifayət qədər iri regional layihə kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Avropanın qazdan asılılığı məsələsini həll etməklə yanaşı, eyni zamanda valyuta daxilolmaları nöqteyi nəzərindən Azərbaycanın iqtsadi dividentlərinə yaxın müddətli perespektivdə əhəmiyyətli valyuta daxilolmalarının da şahidi olacağıq. Lakin bu, Azərbaycan üçün təkcə investisiya resuruslarının yaxın müddətdə genişləndirilməsi demək deyil, həm də Avropayla müxtəlif istiqamətlər üzrə danışıqlar masasında mövqeyinin xeyli dərəcədə gücləndirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Avropada qazın həm idxalından asıllıq artır, həm də ki, ümumiyyətlə, qaza təlabat son illər ərzində yenə də artmaqda olduğundan Azərbaycanın bunun gələcəyə hesablanmış növbəti uğurlarının başlanğıcı da hesab edə bilərik.

\

Dəyəri ilkin olaraq 44,6 milyard dollar məbləğində dəyərləndirilən layihəyə Azərbaycan 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə yatırımı edib və Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində – “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak edib. Rəqəmlər və atılan addımlar onu deməyə əsas verir ki, Azərbaycan qısa zamanda dünyadakı mövqeyini daha da möhkəmləndirmək və sözünü dünyaya çatdırmaq üçün enerji layihəsindən də çox bir siyasi gediş etdi.

Heç şübhəsiz ki, bu gün Avropa İttifaqı və Xəzərin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilən Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması və bu gün TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçid alması, ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində mümkün oldu.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin ardınca dərhal belə irimiqyaslı layihələrin icrası ilə Azərbaycanın Avropa çəkisinin artması düşməni də rəsmi Bakının təklifləri, şərtləri ilə razılaşmaq məcburiyyətində qoyur. Son günlər ard-arda baş verən hadisələr – Ermənistanın Qarabağa hərbi xidmət çəkməyə çağırışçı göndərilməsini dayandırması, Ermənistan mətbuatına Azərbaycanla həmsərhəd Sünik (Zəngəzur) vilayətinin bölgələri barədə xəbər yazmaq qadağasının qoyulması və nəhayət, günlər öncə ermənilərin Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli bu gün götürməyə məcbur qalmaları düşmənin Azərbaycanla razılşamaqdan başqa çıxış yollarının qalmadığına bir işarədir.


Bütün xəbərlər