Azərbaycan “Qarabağ”ın sayəsində UEFA reytinqində irəlilədi
![](https://interval.az/wp-content/uploads/2020/08/qarabag-pic-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub.
“Interval.az”ın məlumatına görə, bu, “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”ini 4:0 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib.
Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi “Astana”nın Belarus “Dinamo” (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub.
Hazırda UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları mübarizəyə bu gün qoşulacaq. Müvafiq olaraq “Molde” və ÇFR Çempionlar Liqası matçlarında qələbə qazansalar, 24-cü sıradakı mövqe itirilə bilər.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. “Sileks” isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.
![](https://static.report.az/photo/0036913c-3e78-3035-a872-7bb39c33d0a0_290.png)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)