Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu


Bakıda əcnəbi vətəndaşın mağazası qarət olunub.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.
Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Sadam Muhammed Firuzşah oğlu polisə müraciət edərək bildirib ki, Qara Qarayev prospekti 25/29-da işlətdiyi “Lady Star” geyim mağazasına gələn naməlum şəxs özünü kamera ustası kimi təqdim edərək mağazanın kassasından 200 manatı oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.

Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu üçün şərhlər bağlıdır
Bütün xəbərlər
