Bayden Zelenski ilə telefonla danışıb
ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Interval.Az xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında məlumat paylaşıb.
“ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini müzakirə etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında danışdıq”, – Zelenski bildirib.
Interval.Az
Bayden Zelenski ilə telefonla danışıb üçün şərhlər bağlıdır