Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir – YENİLƏNİB

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin “facebook” səhifəsində canlı yayımlanır.

Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində “Qarabağ Azərbaycanındır!”, “Terrora və işğala yox deyirik!”, “Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, “Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, “İşğala dayan deyirik!”, “Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlar tutublar.

*  *  *

Ümumavropa Qarabağ mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin “facebook” səhifəsində canlı yayımlanacaq.

Komitədən Trend-ə verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin “facebook” səhifəsində canlı yayımlanacaq.


Bütün xəbərlər